Fikrət Qoca öldürülən oğluna şeir yazdı - “Bu yaşamaqdımı?...”

 

Xalq şairi Fikrət Qoca bir neçə gün öncə öldürülən oğlu Yalçın Qocaya şeir yazıb.

 

Xatırladaq ki, Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirilib. Y.Qocayev hadisə yerində ölüb. Hadisə ilə bağlı 3 nəfər tutulub.

 

“Qafqazinfo” həmin şeiri oxuculara təqdim edir:

 

Oğluma sonuncu layla:

 

Mən səni qorudum uşaqlığından,

 

Mən səni qorudum cavanlığından,

 

Qorudum səni mən baba olunca

 

Demirəm izlədim, gəzdim dalınca...

 

Bu sözü atalar deyib əzəldən:

 

“Ac qarın özünü verər qılınca”.

 

Bəlkə yaxşı ata ola bilmədim

 

Səni öz əlindən ala bilmədim.

 

Sən öldün, amma mən ölə bilmədim.

 

İndi yaşayıram qalan vaxtımı.

 

Yaşamaq...Yəni bu yaşamaqdımı?...

LENT

29 İyul 2017
28 İyul 2017
27 İyul 2017
26 İyul 2017