Bir olan allah kimi! – Əmir Teymurdan maraqlı deyimlər

Bu gün böyük fateh Əmir Teymurun rəsmi doğum günü hesab olunur. Bildiyiniz kimi Teymur böyük fateh, yenilməz sərkərdə, dahi dövlət xadimi olmaqla yanaşı həm də ibrətmaiz deyimləri ilə məşhurdur. Kulis.az onların bir neçəsini təqdim edir.   

 

***

 

Təcrübə göstərdi ki, həqiqi dost budur: əsla tərəddüd eləməz, dostunun düşmənləri onun da düşmənləridir və lazım olarsa həyatını fəda edər.

 

***

 

Oğul, nəvə, dost, müttəfiq, mənimlə bağlılığı olan hər kəs mənə yaxın olmaqdan nəsibini aldı. Səadətimin parlaqlığı və yüksəkliyi heç kimi unutmağa səbəb olmadı. Tərəfimdən hər vaxt, hər kəs layiq olduğu mükafat və hörmətə qovuşdu. Ulduzumun sönüklüyü zamanlarında əldə etdiyim təcrübələr, dostlara qarşı necə, düşmənlərə qarşı necə davranmaq lazım olduğunu mənə öyrətmişdi

 

***

 

Əmr edə bilmədiyim on min adamım olacağına, əmrim altında olan 10 adamım olmasını seçərəm. Ölkələr qılıncla alınar, ancaq ədalətlə qorunar.

 

***

 

Qüvvətli bir hökmdarın ədalətli bir vəziri, hökmdarın bütün ədalətsizliklərini təmir edə bilər. Lakin şəxsən vəzir də zalım olsa dövlət binası yerlə bir olar.

 

***

 

Göydə tək olan Allah kimi, yerin də hakimi tək olmalıdır!

 

***

 

Haqq uğrunda sərf olunan pul heç bir vaxt israf sayılmaz.

 

***

 

Təcrübələrim mənə göstərdi ki, hüquqa bağlı olmayan bir hökumət uzun müddət ayaqda qala bilməz. Belə hökumətlər çılpaq olub, özünü görən hər kəsə qarşı gözlərini yerə dikən və kimsənin yanında hörmət və etibarı olmayan birinə bənzərlər. Hətta belə bir hökumət, tavanı, qapısı, həyət divarları olmayan və hər önünə gələnin içəriyə girdiyi bir evə də bənzədilə bilər.

 

***

 

Hansı hökmdarın hökmünün təsiri dəyənəyinin təsirindən daha zəifdirsə, o hökmdar hökmdarlığa layiq deyil.

 

***

 

Yer üzünün məskunlaşmış əraziləri iki padşah arasında bölünməyə layiq deyil.

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017