Yandırırlar məni, Vətən

Aysel Surə

 

Vətən, göyün mavi, torpağın qara,

Dənizin duman, üzüm qara,

Gözlərim görmür irəlini,

Gedə bilmirik bir addım qabağa.

Vətən, ayağım balta, əlim zəhər.

Bilmirəm neçə arzunu kəsər.

Əlim batır qanına hər gün bir az daha.

Bağışla səni öldürmürəm, girirəm qanına.

Gözlərindən axıram, düşürəm torpağına,

Qarışıram neft bulantılarına.

Düşürəm borularına, satılıram qırağa.

.

Məşəlimin qabağına gül dəstələri qoyur harınlar.

Ağızlarında çörəyinin iyi, ayaqlarında xəyanətin izi var.

Gözlərindən verdikləri bilinir

Hər gün yeni birinə adını.

Ey sən, Səması mavi, Günəşi sarı, gecəsi hilal

Boynuna sarılım, doya-doya qoxlayım

Şah damarından axan qanları,

Neftinə qarışan yaşları.

Ey bənizi soluq, başı bağlı,

Ayağı qandal.

Açarın məndədir.

Qoyma satılım qırağa.

LENT

24 May 2017
23 May 2017
22 May 2017
21 May 2017
20 May 2017
19 May 2017