İnterneti müqəddəs hesab edən kilsə - FOTOLAR

XX əsrin sonlarında yaşadığımız dövrü informasiya dövrü kimi xarakterizə etməyə başladılar. Əsrin çağırışlarından doğan bu tendensiya yeni düşüncə formaları yaratdı. Bu düşüncələrdən biri də Kopimizm kilsəsidir.

 

Vikipediyanı açdığımızda, qarşımıza belə informasiya çıxır: Kopimizm Missioner kilsəsi - (ing. copy me - "məni köçürt (məni kopya et)") - azad fayl mübadiləsini dəstəkləyən qurum, informasiya mübadiləsi burada müqəddəs sayılır. İsveçdə yaradılıb və İsveç qanunveriliciyi ilə rəsmi olaraq din kimi qəbul edilib. Kopimizm kilsəsinin əsası 2010-cu ildə, Uppsal Universitetinin fəlsəfə tələbəsi olan İsaak Herson tərəfindən qoyulub. İsaak kilsənin dini lideri və idarəedicisidir. Baxmayaraq ki, kopimizm tamhüquqlu din sayılır, o heç bir Tanrıya ya da yüksək ilahi qüvvəyə inanmır, lakin öz doqma və qanunları var.

 

 

Həmin doqmalardan bir neçəsini bu məqalədə qeyd edəcəyəm:

 

- İnternet müqəddəsdir;

 

- İnformasiyanı yaymaq və köçürtmək əxlaqa zidd deyil və s.

 

Bunları oxuyaraq belə qənaətə gələ bilərsiniz ki, bu din müəllif hüquqlarına tam əksdir. Bəli, elədir və əsas məqsəddə elə budur. Sadəcə bunun qanun səviyyəsinə gətirmək, İsveç dövləti ilə mübarizə aparmaq üçün kilsə yaradılmışdır. Qonşu Rusiyada da oxşar din mövcuddur: Rus Pirat Kilsəsi.

 

 

Kopimizm – yaradılan müasir dinlər kimi, əsasında xaçpərəstlik kanonlarını birləşdirir. Lakin bu doqma və inanclara bir qədər rişxənd (lağ-lağı) şəkildə yanaşır. Məsələn, 28 aprel 2012-ci ildə keçirilən “ilk kopimizm toy mərasiminə” diqqət etsək, burada müqəddəs ata, müqəddəs kitab, bəy və xanımın evliliyi qəbul etmələri haqqında and mərasimi və s. mövcuddur. Lakin hər şey bu qədər oxşar və sadə deyil, çünki burada olan müqəddəs ata, məşhur Qay Foksun maskasını taxıb və səsi – azad haker qruplaşması olan “Anonymous (Anoniməs)”in həmişə istifadə etdiyi tərzdə dəyişdirilib; müqəddəs kitab adlandırığımız vəsait isə - üzərində müxtəlif şüarlar olan noutbukdur; and mərasimində də hər şey müxtəlifdir, məsələn Tanrıya olan məhəbbəti ifadə edən and – informasiyaya olan sədaqətin və onun yayılmasının vacibliyi haqqında olub. Qeyd etməkdə özümü borclu bilirəm ki, yeganə dəyişdirilməyən ayin – öpüşmək məqamdır.

 

 

Kopimist olmaq üçün bu dini ayinləri icra eləmək lazımdır:

 

- Müqəddəslər müqəddəs olan informasiyaya qarşı dərin hörmət hiss etmək;

 

- Kopimizm qurumuna qoşulmaq üçün özünü kopimist hesab eləmək kifayətdir;

 

- Kopimizm fəlsəfəsini qəbul edən hər kəs, Kopimizm Kilsəsinin qəbul edib-etməməsindən asılı olmayaraq, Kopimizm Kilsəsi onu kopimist hesab edir.

 

- Kopimist kopimizmin rəsmi işarəsi sayılan Müqəddəs Kopiramıdanı yükləməli (və ya müxtəlif üsullarla əldə edərək) çap etməlidir.

 

 

Bunları yerinə yetirərək siz, dini konfessiyadan əlavə hüquqi həll də əldə edirsiniz, məsələn: sizi müəllif hüquqlarını pozmaqda günahlandırsalar, asanlıqla əks-ittiham edərək dini tolerantlığın pozulmasını arqument kimi gətirə biləsiniz.

 

XXI əsrdə informasiyaya qadağa qoymaq, xüsusən də yayılmasını və ötürülməsini yasaqlamaq gördüyünüz kimi, bu kilsəyə görə günahdır.

 

Mirzə İskəndərov

 

LENT

27 İyul 2017
26 İyul 2017
25 İyul 2017
24 İyul 2017