Çağdaş Ukrayna şeiri kitabı işıq üzü görüb

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – Çağdaş Ukrayna şeiri (“Kişi, qadın və çətir”) kitabı işıq üzü görüb.

 

Mərkəzdən APA-ya verilən məlumata görə, kitabda XX və XXI əsr Ukrayna ədəbiyyatının müxtəlif nəsillərini təmsil edən otuz şairin poeziyasından seçmə nümunələr toplanıb.

 

Müasir Ukrayna poeziyasının ümumi mənzərəsini təqdim edən şeirlər toplusu dərin poetik yaşantılar – zamanın axarı, sözün sehri və bədii mətnin enerjisi ilə sanki bir bütövlük, vəhdət təşkil edir.

 

Şeirləri dilimizə Salam Sarvan, Mahir Qarayev və Zahid Sarıtorpaq çevirib.

 

Kitabın redaktoru Yaşar Əliyev, ön sözün müəllifi Salam Sarvandır. 

 

LENT

23 Aprel 2017
22 Aprel 2017
21 Aprel 2017
20 Aprel 2017
19 Aprel 2017
18 Aprel 2017