Bizi dəqiq ifadə etsə də, başqa dilə çevrilməyən ifadələr - SİYAHI

Dilimizdə elə ifadələr var ki, onlar ancaq bizə məxsusdur. Bəlkə başqa dilə sxematik şəkildə tərcümə oluna da bilər, lakin heç kim o ifadələrin əslində nə anlatdığını, başqa cür desək, semantik mənasını anlaya bilməz. Çünki bu ifadələr sırf bizim xarakterə, məişətə, təfəkkürə aiddir.

 

Kulis.Az bu ifadələri təqdim edir.

 

1. “Çax-çux” olur? – Aylıq maaşdan əlavə gəlirə “Çax-çux” deyirik. “Çax-çux” qanunla pozuntu, dinlə haram hesab olunsa da mentalitetdə normal qəbul edilir. Və bu sual adamın yalnız maaşla dolanıb-dolanmadığını müəyyən etmək üçün verilir.  

Image result for kuruş

 

2. Nə vaxt tərpənirsən? – Subay gənclərə dəngəsər edən sualdır. Yəni, nə vaxt evlənirsən. Çünki o elə yaşdadır ki, evlənməkdən başqa heç bir hərəkəti “tərpənmək” hesab olunmur. Lap qaçış üzrə dünya çempionu olsa da! 

Image result for evlenmek

 

3. “Bişey-mişey” var? – Bəlkə də dünyanın heç bir dilində bundan çox məna verən ifadə tapmaq mümkün deyil. Hər şeyi ifadə edir. Evi-eşiyi, ailə-uşağı, dolanışığı, pul-paranı, hətta yeri gəlsə, yeni ideyaları, yaradıcılığı, kitabları və s. Bir sözlə “Bişey-mişey” yoxdursa, diriykən ölmüsən.      

Image result for necəsiniz?

 

4. Camaatın anası-bacısı var! – Namus-qeyrət söhbətidir. Hətta bu ifadənin dərin semantikasından qan iyi gəlir. Allah özü saxlasın.   

Image result for razborka

 

5. Düşərsən – Avtobusların kart sisteminə keçməsi bu ifadəni bir balaca arxaikləşdirsə də, yaşamını sürdürməkdə israrlıdır. Bunun şəhər kənarı avtobusu var, rayonu var, kəndi var... Bəzən metroda zamanı keçmiş uğursuz zarafat kimi də işlənir. Nə vaxt görsəniz ki, şəhərkənarı avtobusda sərnişinlə sürücü yol haqqı üstündə tutaşıb, bilin ki, kimsə-kiməsə “Düşərsən” deyib və allah bilir pulu sürücüyə verib, ya yox 

Image result for avtobusa qəpik ver

 

6. Gərək gedəsən ki, gələlər – Toy nədir? Canı dildən hazırlaşdığımız ən əhəmiyyətli tədbir. Bu əhəmiyyətli tədbiri yaraşığa salan kimdir? Qonaq! Qonaq da nə vaxt gəlir? Sən onun toyuna gedəndə! Biz işimizi bilən adamlarıq, yoxsa belə bir dərin məzmunlu ifadə yarada bilməzdik.   

Image result for toy qonaqları

 

7. Başı var, amma oxumur – Adamın başının, yəni zehninin, zəkasının olduğunu o zaman bilirsən ki, o, hər hansı nəticə göstərsin. Əgər nəticə yoxdursa, demək baş da yoxdur. Ancaq biz nəticəsiz başı görə bilən və onu dəyərləndirən insanlarıq. Ona görə, Avropanın da müsbət tərəflərini götürür, mənfisindən imtina edirik.

Image result for abituriyent

 

8. Kompüterlə ingilis dilini öyrən, vəssalam! - İş axtaranlara ən fundamental nəsihətdir. Sizə gülməli gəlməsin. İşə yarayır da! Çünki insanda ilk görünən xüsusiyyətlər bunlardır. May neym iz Fuad! İstəsəniz avtobioqrafiyamı “Fotoşop”da yazaram!

Image result for bilgisayar mühendisi

 

9. Tələsmə, Zaur, tələsmə - Məşhur filmdən götürülsə də, istənilən hövsələsizlik anında işlənir. Necə? Tələsməyin. Azca səbr edin. Həyatınızda rastınıza çıxacaq.  

Image result for acele etmek

 

10. Adam kişi olar – Bəs nə! Yoxsa qadın, üzdən iraq, gey, nə bilim trans? Adam dediyin kişi olar, kişi dediyin də adam. Başqa heç nə!

 

11. Ayrı nə var nə yox? – Bu, qarşıdakı insanın vəziyyətinin Mariana çökəkliyinə dalğıc endirməkdir. Ayrı ee... Ayrı... Yenə də... Özgə...    

 

12. Özün nətərsən? – Adətən, danışığın bir ortasında deyilir və əslində buracan olan söhbətin sənin üçün qarşındakı adamdan daha əhəmiyyətli olduğunu göstərir.    

 

13. Sənin çörəyin olacaq – İşlədiyi idarə və təşkilatın ya da hansısa bir nüfuzlu şəxsin  “siyasi kursu”nu az vaxt ərzində mənimsəyən qılıqlı adamlara deyilir.   

Image result for memur

 

14. Mən sən bildiyin qızlardan deyiləm – Bəs necəsən? Məryəm ana kimi müqəddəs ruhdan hamilə qalmaq fikrin var? Olmaya Menril Monrosan. Çox da o yan-bu yan eləmə, yazımızın bonus hissəsini oxu, hər şeyi anlayacaqsan.  

Image result for ukala kız

 

15. Hərə özünə görə oğlandır – Yaxşı ki, dediniz. Biz də elə bilirdik, hərə qonşuya görə oğlandır! Hahaha! Zarafat edirik. Yaxşı ifadədir. Xüsusən, kasıb, zəif insanlar üçün ciddi təsəllidir. 

 

16. Sən bu qıza “atveçatsan?” – Vay! Vay! Vay! Axı kimsə kiməsə niyə cavabdeh olsun? Olmazmı hərə özünə cavab versin?

Image result for разборка

 

17. Kişilər qaldı 41-45-də... – Bu ifadəni yaddaşımızdan silməyi təklif edərdik, lakin yerli-yersiz “Adam kişi olar” ifadəsi işlənməsəydi. Yoxsa nə cavab verərdik?

Image result for 41-45

 

18 ... sənin eşşəyin – Kiməsə nəsə lazımdır. Soruşur və bu cavabı alır: Nəsə sənin eşşəyin. Yəni hazırdır, buyur. Yüksək səxavət göstəricisidir. Amma niyə eşşək? Yazıq eşşək...    

Image result for buyur-buyur

 

BONUS:

Bir qız bir oğlanındır!

 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017
22 Noyabr 2017