Yavru sərçələr...

Şahin Sərdarlı

 

Sərçələr düzülüb ayaqlarıma!

Bir sıxma, bir ovuc dəndən ötəri.

Ağzı da sulanır gözləri kimi,

Həsrətin çəkdiyi dəndən ötəri.

 

Gözü dən axtarır, dili dən deyir,

Yavru sərçələrin dəncəyi boşdur.

Titrək "əlləriylə" dilənir indi,

Məndən istədiyi dən məndə yoxdur.

 

Tanrı da gizlənib, sanki görünmür,

Sərçəyə deməyə söz məndə yoxdur.

De necə qaldırım başımı, Allah!

Üzünə baxmağa üz məndə yoxdur...

LENT

22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017