“Yazıçı” dərgisinin yeni sayı “Kitabi-Dədə Qorqud”a həsr olunub

 

 

“Oğuz eli” qəzetinin ayrıca buraxılışı kimi işıq üzü görən “Yazıçı”nın aprel sayı “Kitabi-Dədə Qorqud”a həsr olunub. Kulis.azın məlumatına görə yeni say xalq yazıçısı Anarın “Dədə Qorqud dünyası” adlı araşdırmasıyla açılır.

 

Bundan sonra dərgidə görkəmli türkoloq alim Tofiq Hacıyevin dastanla bağlı tədqiqat əsərindən seçmələr yer alıb. Qorqudşünas alim Şamil Cəmşidovun “Dədə Qorqud”la bağlı mülahizələri yeni sayın 9-10-cu səhifələrində verilib. Tanınmış şair Abbas Abdullanın “Dünyaya sorğu” şeri də bu sayda yer alıb.

 

Oxucular bu sayda professor Zemfira Səfərovanın “Həmişəyaşar ənənələr” kitabından seçmələrlə yanaşı Kamil Vəli Nərimanoğlunun, Asif Atanın, Elçin Muxtar Elxanın dastanla bağlı araşdırmaları ilə tanış ola biləcəklər. Bəstəkar Cavanşir Quliyevin “Yazışma” məqaləsi və xalq yazıçısı Mövlud Süleymanlının “Onda ki, insan ruh idi” misrasıyla başlayan şeri dərginin 18-19-cu səhifələrində yer alıb. Professorlar Yaqub Mahmudov bu sayda “Dədə Qorqud kitabı-xalqın yaratdığı və yaşandığı tarix”, Fariz Mustafa “Dədə Qorqud – Bayındırlı mədəniyyətinin açarı” məqalələrilə çıxış ediblər.

 

Akademik Kamal Abdullanın “Mifoloji dansöküləndə baş verənlər” məqaləsini xalq rəssamı Toğrul Nərimanbəyovun “Dədə Qorqud” motivləri izləyir.

 

Xalq şairi Zəlimxan Yaqubun «Saz»ından seçmələr, Elxan Zalın, Vəli Xramçaylının, Nuranə Nurun, İsmayıl Öməroğlu Vəliyevin şeirləri də bu cür motivlərlə yanaşı verilib.

 

Habelə, bu sayda professorlar Qəzənfər Paşayevin, Elməddin Əlibəyzadənin, Bəhlul Abdullanın, Nüşabə Araslının, Aynur Məmmədovanın, eləcə də Ayşə Nəbi, Xanəmir Telmanoğlu, Azər Abdulla, İşıqlı Ata, Əjdər Fərzəli, Kərəm Məmmədov,  Ramil Quliyev, Nizami Xəlilov, Seyran Əliyev, Ələkbər Bayramov, Eldar Piriyev, Məsumə Məlikova, Hüseyn İsmayılov və başqalarının “Dədə Qorqud”la bağlı fikirləri yer alıb.

 

Buraxılışın baş redaktoru Azər Abdulladır.

LENT

20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017