Qadınları aşağılayan avtobus şoferi

 

 

Aliyə

 

Qadın pulu sürücünün taxçasına atıb dedi ki, burada saxlayın. Sürücü kişi tamamilə mexaniki olaraq əyləci sıxdı və “Burda nöş saxlatdırırsan?”-ı deyib bitirə bilməmiş mühərrik söndü.

 

- Beş addım yoldu də, niyə saxladırsan?

 

Qadın deyinə-deyinə düşüb mağazaya getməyə üz qoydu.

 

- Ağılları toyuq ağlıdı. Mağazin görəndə başlarını itirirlər. Baa, bütün bu dükanlar bunlara işləyir eee... Dünya nöş xarab olub? Buların üzündən...

 

Sürücünün dediklərinin cavabı özündə saxlı idi. Geyimlər, plastik əməliyyatlar, gözəllik proseduraları xərcləri, məişəti yüngülləşdirməklə özünə vaxt saxlamaq istəyən qadına niyə lazım idi?

 

Ağlı toyuq ağlından daha üstün olan kişinin diqqətini çəkmək üçün.

 

Amma sürücünün sualları cavablandırılmaq üçün deyildi.

 

O, xarab avtobusla xəttə çıxmağını, qadının xahişinə mexaniki əməl etməyini unutdurmaq üçün özü də bilmədən qadın mövzusundan istifadə edirdi.

 

“Media”, “Ədədbiyyat”, “Dİn”, “Reklam”, “Turizm”, “Kino” -  alınıb satıla bilən nə varsa hamısının etdiyi kimi.

 

Amma daha əlacsızca...

 

 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017