Dünyanın ən bahalı, ən qədim, ən kiçik kitabları - FOTOSESSİYA

 

Kulis.az dünyanın ən bahalı, ən qədim, ən kiçik, ən çox oxunan, ən qalın, ən sirli kitablarını təqdim edir.

 

Dünyanın ən bahalı kitabı

 

 

“Lester kodeksi” Leonardo Da Vinçi tərəfindən yazılmış elmi əsərlərin toplusudur. Bu indiyə kimi dünyada satılmış ən bahalı kitabdır. 1994-cü ildə Bill Qeyts "Lester kodeksi"ni 30 802 500 ABŞ dollarına almışdır. Kitabda intibah dövrünün düşüncə tərzi, elm və incəsənət arasında əlaqə, elm adamlarının yaradıcılığı və s. öz əksini tapmışdır.

 

Dünyanın ən qədim kitabı

 

 

“Diamond Sutra” dünyanın ən qədim nəşr olunmuş kitabı hesab olunur. Kitab Budda və onun tələbələri arasındakı dialoqlardan bəhs edir. Hərflər və şəkillər əvvəl taxta lövhə üzərində işlənilib, daha sonra rənglənərək kağıza köçürülüb.

 

Dünyanın ən kiçik kitabı

 

 

Gözlə görmək çətindir. Yaponiyada nəşr olunan bu kitab 0.74x0.75 ölçüsündədir və dünyanın ən kiçik kitabı hesab olunur. Kitabın adı “Shiki no Kusabana”dır (“Mövsüm çiçəkləri”) və 22 səhifədən ibarətdir. Kitab 0.01 millimetr yazı ölçüsü ilə yazılmış çiçək illüstrasiyalarından ibarətdir.

 

Dünyanın ən çox oxunan kitabı

 

 

İncil dünyanın ən çox oxunan kitabıdır. Ginnesin Rekordlar kitabında yer alan təxmini məlumata görə kitab 5 milyard nüsxə çap olunub. “Dünya İncil Cəmiyyəti”nə görə hər il o siyahıya 20 milyon İncil nəşri əlavə olunur. Kitab 2500-dən artıq dilə tərcümə olunub. Bu özü də bir rekorddur.

 

Dünyanın ən çox oxunan romanı

 

 

Yel dəyirmanlarına qarşı mübarizə aparan Don Kixotun macərası 400 ildən çox bir vaxt ərzində oxucuları həmişə həyəcana gətirib. Riçard Ştraus və ya Pablo Pikasso kimi sənətçilər də bu romandan ilhamlanıblar. Servantesin müəllifi olduğu “Don Kixot” 500 milyon dəfə nəşr olunub. Bu ikinci ən çox nəşr olunan “Harry Potter” kitabından 100 milyon dəfə çoxdur.

 

Dünyanın ən qalın kitabı

 

 

Dünyanın ən qalın kitabı Aqata Kristinin “Miss Marple” kitabı hesab olunur. Kitabın qalınlığı 32 sm, ağırlığı 8 kiloqramdır. Detektiv 4032 səhifəlik kitabda 32 hadisəni, oğurluğu və başqa cinayətləri araşdırır. Harper Collins şirkəti bu kitabdan cəmi 500 nüsxə çap edib.

 

Dünyanın ən sirli kitabı

 

 

Etel Voyniçin bu kitabında tamamilə bilinməyən yazı dilindən istifadə edilib. Kitabda naməlum bitkilər, bir-birinə keçirilmiş borular və vannada oturmuş çılpaq qadın şəkilləri də daxil olmaqla bir sıra maraqlı illüstrasiyalar yer alıb.

 

Dünyanın ən məhsuldar yazarı

 

 

Daha çox sayentologiyanın yaradıcısı kimi tanınan L. Ron Hubbard Ginnesin Rekordlar kitabına görə əsərləri ən çox nəşr olunmuş yazardır. Səsli kitab rekordunda birincidir. O, gəncliyində Çinə və Hindistana səfər etmiş, buddist rahiblərdən ruhun mahiyyəti ilə bağlı bilgilər almış, onların bir çox ideyalarını mənimsəmişdir. Geniş fantaziyaya malik Hubbard yazıçılıqla da məşğul olur, mətbuatda məqalələrlə çıxış edirdi. Sonralar o, fəaliyyətini genişləndirərək, sayentologiya təlimini yaratdı.

 

Hazırladı: Orxan Əlibəyov

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017