Qəşəm Nəcəfzadə ilə görüş

 

 

Gəncə Dövlət Universitetində Qəşəm Nəcəfzadə ilə müəllim və tələbələrin görüşü keçirilib. Kulis.azın məlumatına görə tədbiri giriş sözü ilə universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva açıb.

 

O qeyd edib ki, Qəşəm Nəcəfzadə Gəncə Dövlət Universitetinin məzunudur: “1981-ci ildə filologiya fakültəsini bitirib. İndiyə kimi şairin ölkəmizdə və xaricdə 26 şeir kitabı çap olunub. Şeirləri 20-dən çox dilə tərcümə edilib. Bugünkü görüş şairin doğma universitetə hesabatı kimi səslənir.”

 

Gülsüm Fətəliyevanın çıxışından sonra Qəşəm Nəcəfzadə tələbəlik illərindən xoş xatirələrini danışıb, yeni şeirlərini oxuyub.

 

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin Gəncə filalının sədri şair Xəzangül Hüseynova, yazıçı Qərib Mehdi, şairlərdən Sahib İbrahimli, Saleh Qurbanov, Xəqani Həbiboğlu, Gülnarə Sadiq və Məhəmməd Turan şairin yaradıcılığı haqqında söhbət açıblar.

 

Tədbirin sonunda Qəşəm Nəcəfzadə tələbə şairlərin şeirlərini dinləyib, onlara məsləhətlərini verib.  

LENT

25 İyun 2017
24 İyun 2017
23 İyun 2017
22 İyun 2017