Facebookda təhlükəsizliyiniz üçün bunları edin - 10 MƏSLƏHƏT

10 ildən artıqdır ki, Facebook həyatımızın ayrılmaz parçasına çevrilib. Az qala hər gün yenilənən, inkişaf edən bu sosial şəbəkə ilə bağlı biliklərimizin artırılması da vacib şərtə çevrilir. Ən azı bunu öz rahatlığımız üçün etməliyik.

 

Kulis.az təhlükəsizlik naminə özünüzlə bağlı silinməsi lazım olan 10 məlumatı diqqətinizə çatdırır.   

 

1. Telefon nömrəsi

 

Telefon numarası

 

Bir çox yöndən vacibdir. Sizin haqqınızda asanlıqla məlumat toplanmasına şərait yaradar. Hələ zəng vurub narahat edən, mesaj yazan avaralardan danışmırıq.    

 

2. Doğum günü

 

Doğum günü

 

İlk baxışdan dostlarla ad günü ləzzəti çıxarmağa mane olar deyə bu məsləhəti gözardı edə bilərsiniz. Amma unutmayın, sizin ən gizli hesablarınıza gedən yollardan biri də doğum tarixinizdir.  

 

3. Dostlarınızın bir qismi

 

Arkadaşlarınızın bir kısmı

 

Oksford Universitetinin psixoloqu, professsor Robert Dunbara görə bir insanın normal ünsiyyət qura biləcəyi maksimum insan sayı 150-dir. Təbii ki, dostlarınızı 150-yə endirin demirik, amma hər halda siyahını vaxtaşırı gözdən keçirməyiniz pis olmaz.   

 

4. Uşaq fotoları

 

Bebeklik fotoğrafları

 

Öz uşaqlıq fotolarınızı yaymaqda tamamilə azadsınız, ancaq dostlarınızın və qohumlarınızın uşaqlarının fotolarını yaymamaq şiddətlə tövsiyə olunur. Həmin şəxslər gələcəkdə uşaqlıq fotolarının internetdə görünməsini istəməyə bilər və belə olan təqdirdə siz onların hüquqlarını pozmuş olursunuz.

 

5. Məkan qeydi

 

Konum servisleri

 

Xüsusən evdə olduğunuz zaman sosial şəbəkəyə yansıyan məkan məlumatlarınızı təmizləyin. Yəqin ki, ev ünvanınızın çoxsaylı insanlar tərəfindən bilinməsi sizin üçün xoş deyil. Və bunun ilk başdan ağıla gəlməyən böyük problemləri çıxa bilər.

 

6. Uşaqların məktəb və bağça ünvanları

 

Çocukların okullarını belli eden paylaşımlar, bilgiler.

 

Xüsusən qarışıq şəhərlərdə yaşayırsınızsa. Nə lazım? 

 

7. Evlilik vəziyyəti

 

İlişki durumu

 

Əlbəttə qeyd etmisinizsə silməyin. Yox yerdən narahatlığa ehtiyac yoxdur. Amma qeyd etməmisinizsə, heç vaxt etməyin. Çünki ayrıldığınız vaxt onu silmək sizə əzab verəcək.

 

8. Kredit kartları bilgiləri

 

Kredi kartı bilgileri

 

Bu məlumatları heç yerdə vermək olmaz. O cümlədən də Fcebookda.

 

9. Tətillə bağlı hər şey

 

Tatilinizle ilgili her şey

 

Unutmayın, evinizin boş olduğunu oğruların diqqətinə çatdırırsınız. 

 

10. Rəhbəriniz

 

Patronunuz!

 

Xəstəyəm deyib işə gəlməyən gün Facebookda çıxardığınız oyunlar bir yana, emosional vaxtı yazdığınız bəzi status və şərhlər karyeranızda problem yarada bilər. Təbii, belə xasiyyətiniz yoxdursa, rəhbərlə dostluq sizə yalınız zövq verə bilər.      

 

LENT

24 May 2017
23 May 2017
22 May 2017
21 May 2017
20 May 2017
19 May 2017