Zarafat ananası necə sənət əsərinə çevirdi?

Şotlandiyada universitet tələbələrinin zarafatla incəsənət sərgisinə qoyduqları ananas sənət əsəri hesab edilərək şüşə vitrin içində sərgilənib.

 

22 yaşındakı Ruairi Gray də dostu Lloy Jack supermarketdən bir sterlinqə aldıqları ananası Aberdindəki Robert Qordon Universitetindəki bir sərgiyə veriblər.

 

Tələbələr dörd gün sonra sərgiyə gəldikdə ananasın nümayiş olunduğunu görüblər.

 

Gray bildirib ki, boş vitrin görüb və insanların onu həqiqi sənət əsəri sanıb-sanmayacağını öyrənmək üçün əlindəki ananası ora qoyub.

 

İncəsənət festivalının təşkilatçıların olan Natalie Kerr ananası kimin vitrin içinə qoyduğunu bilmədiyini söyləyib.

 

Keçən il Modern İncəsənət Muzeyində zarafatla salonun yerinə qoyulan bir eynəyi ziyarətçilər postmodern əsər hesab etmişdilər. 

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017