Varis Ekzüperi diplomuna layiq görülüb

Azərbaycan yazıçısı Varis Yolçuyev Fransanın «L`Autographe» («Avtoqraf») almanaxına daxil edilmiş «İyirmi bir» adlı hekayəsinə görə Antuan de Sent Ekzüperi medalının nominantı elan olunaraq «Antuan de Sent Ekzüperi diplomu»na layiq görülmüşdür.

  

Mükafatın təşkilat komitəsi rəsmisi Simon Qarnier yazıçımızın əsərini «İnsanla təbiətin mistik vəhdətinin gözəl nümunəsi» adlandırıb.

   

Xatırladaq ki, «L`Autographe» dünya yazarlarının seçmə nəsr nümunələrindən ibarət illik ədəbi almanaxdır. Almanax nəsr əsərini təqdim etməklə yanaşı yazıçının xəttini də avtoqraf kimi oxucularına nümayiş etdirir.

 

LENT

24 May 2017
23 May 2017
22 May 2017
21 May 2017
20 May 2017
19 May 2017