Bir tamaşa 23 kənddə oynanılıb

Aprel-may aylarında Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı  Şəki rayonunun 23 kəndinə qastrol səfərləri təşkil edib.

 

Teatrdan Kulis.aza verilən xəbərə görə, səfər  uşaq və məktəblilər arasında teatr sənətinə marağın artırılması, məktəb və uşaq  müəssisələri ilə əlaqələrin gücləndirilməsi məqsədi ilə həyata keçirilən planlar silsiləsinə daxildir.  

 

Qastrollar zamanı “Kəlilə və Dimnə” əsəri əsasında hazırlanmış eyni adlı tamaşa yüzlərlə uşaq və məktəbli qarşısında  nümayiş olunub.

 

“Kəlilə və Dimnə” tamaşasının yaxın zamanlarda Balakən, Qax və Zaqatala rayonlarına da səfər edəcəyi gözlənilir.

 

Qeyd edək ki, tamaşaya teatrın gənc rejissoru Arzu Əhmədova quruluş verib. Rollarda Orxan Həmidli, Anar Bəhlulov, Rəşad Rüstəmov, Günay Novruzəliyeva və digər aktyorlar çıxış edir.

 

Teatr  bu ənənəni davam etdirərək yeni uşaq tamaşalarının  səhnələşdirilməsini, teatr-məktəbli əlaqələrinin gücləndirilməsini və beləliklə gənc nəslin teatra daha çox cəlb edilməsini həyata keçirməyi planlaşdırır.

 

LENT

23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017