Ofisiantlıqdan müğənniliyə - İbrahim Erkalın HƏYAT HEKAYƏSİ

“Canısı canısı, ömrümün yarısı, ben senden ayrılmam, alnımın yazısı” - deyirdi bir zamanlar. İllərlə oxuduğu mahnıları dillər əzbəri olan, evinin qarajında avtomobilində huşsuz vəziyyətdə tapılan, xəstəxanada beyninə qan sızdığı məlum olan məşhur müğənni İbrahim Erkal ömrünün 50-ci ilində dünyadan köçdü.

 

Həyatı

 

Türkiyənin məşhur müğənnisi, bəstəkarı, söz yazarı və aktyoru İbrahim Erkal 1966-cı il oktyabrın 10-da Ərzurumun Narman mahalında dünyaya gəlib. Altı qardaşın ən böyüyü olan Erkal ibtidai məktəbi və lisey təhsilini doğulub-böyüdüyü mahalda tamamlayıb.

 

İbtidai məktəb vaxtından musiqiyə marağı yaranan Erkal mandolin və fleyta kimi musiqi alətlərini öyrənib. Lisey təhsilini bitirdikdən sonra Musa Eroğlu Musiqi Təhsil Mərkəzi binasında solfecio və not dərsləri almağa başlayıb. Erkal gecələr Ankaranın müxtəlif yerlərində səhnəyə çıxıb.

 

1987-ci ildə əsgərliyə gedib və 1988-ci ildə hərbi xidməti İstanbul Kalender Ordu Evində solist olaraq bitirib. Əsgərliyini bitirdikdən sonra Ərzuruma geri dönüb.

 

1989-cu ildə təkrar İstanbula dönən Erkal orada ofisiantlıq etməyə başlayıb. O, bir tərəfdən də Teldən Dilə Musiqi Mərkəzində təhsilinə davam edib.

 

Image result for ibrahim erkal

 

1991-ci ildə piano və ud ifaçısı kimi səhnəyə çıxmağa başlayıb.

 

1992-ci ildə Tekirdağın Kumbağ mahalında eyni işdə çalışıb. 

 

Karyerası

 

Müğənni 1984-cü ildə İbrahim Gözəlsəs adıyla “Sərxoş Baki (Ərzurum Türküləri)” adlı ilk albomunu çıxarsa da səsini tanıtmağı bacarmayıb. Eyni il öz adıyla çıxarmağa qərar verdiyi albomunun musiqilərini yazmağa başlayıb.

 

1992-ci ilin sonunda albomun mahnılarını tamamlayıb və İstanbula dönüb. İstanbulda Telden Dilə Musiqi Mərkəzində müəllim yoldaşları ilə birlikdə ilk albomunu çıxarıb.

 

Əlindəki hazır albomu ilə 1993-cü ildə musiqilərini bir çox albom şirkətlərinə qulaq asdırsa da müsbət nəticə ala bilməyib və Ərzuruma dönmək qərarı verən Erkal həmin vaxt təsadüfən İskəndər Ulusla tanış olub.

 

18518898_1744467255569707_593396293_n.jpg görüntüleniyor

 

Bu tanışlığın nəticəsində Ulus Musiqi loqosuyla 1994-cü ildə “Tutku” albomunu çıxarıb. İlk albomundan fərqli olaraq müğənninin bu albomu tanınmağa başlayıb.

 

İbrahim Erkal adıyla çıxardığı ilk albomundan sonra solist olaraq çalışdığı restorandakı işindən çıxan müğənni yeni albom və yeni bəstələri üzərində çalışmağa başlayıb. Elə həmin il aktyor “Qalatasaray” futbol komandası üçün “Ölümünə Cim-bom” adlı albom hazırlayıb.

 

Bir il sonra, 1995-ci il 8 martda müğənninin “Sıra məndə - ağlımdasan” albomu işıq üzü görüb. Albomdakı “Sevməsən də olar” və "İnsafsız" mahnıları məşhurlaşıb.

 

Artıq məşhurlaşmağa başlayan Erkalın 1996-cı il 8 iyulda sevilən mahnılarının yer aldığı “Könlünüzə talibəm” adlı növbəti albomu çıxıb. Albom ən çox satılanlar sırasında yer alıb. Bu albomdakı bəzi mahnılar istisna olmaqla digər mahnılarının hamısının müəllifi müğənni özüdür.

 

Image result for ibrahim erkal

 

Albomun əsas mahnısı olan “Unutmayacağam”a klip çəkdirib.

 

Daha sonra albomda yer alan “Canısı” mahnısı üçün klip çəkdirib və bu klip çox məşhurlaşıb. Bu mahnı o qədər sevilib ki, 1997-ci ildə televiziyada “Canısı” adlı film nümayiş olunub. Erkal filmdə Əminə Ünlə tərəf-müqabil kimi baş rola çəkilib. Film nümayiş olunduğu gün böyük reytinq qazanıb. Bu səbəbdən film serial kimi də çəkilməyə başlayıb və həmin il “Star TV”-də nümayiş olunmağa başlayıb.

 

Serial sobralar “Show TV”-yə keçib və 1998-ci ildə bitib.

 

Müğənninin albomdakı “Ərzuruma gəl” mahnısına da klip çəkilib. İbrahim Erkal bu albomu ilə Türkiyənin hər yerində tanınıb. Albomun böyük uğurundan sonra “Kral TV Video Musiqi Mükafatları”nda dörd nominasiyaya namizəd göstərilib və ikisini qazanaraq gecədən iki mükafatla ayrılıb.

 

Müğənninin dördüncü “Sırılsıklam” albomu 1998-ci ilin 15 mayında çıxıb. Albomdan ilk olaraq "Güllərə də küsdüm” adlı mahnı nümayiş olunub.

 

18492947_1744467258903040_988383568_n.jpg görüntüleniyor

 

Daha sonra digər hit mahnısı "Gavurun qızı" nümayiş olunmağa başlayıb. Albom çox bəyənilib və satış rekord sayda olub.

 

Albomun ən çox səs gətirən mahnılarından biri də “Sən aldırma” olub.

 

Həmin ilin sentyabrında yenə “Show TV”-də müğənninin bu mahnısının adına uyğun serial nümayiş olunub.

 

Məşhurluğun zirvəsində olan Erkal 2000-ci ilin 5 yanvarında “Di get yalan dünya” albomunu çıxarıb. Albomla eyni adı daşıyan "Di get yalan dünya" adlı mahnı o dövrə damğasını vurub.

 

2001-ci ildə müğənni “Su kimi” albomunu nümayiş etdirib. Albomdakı “Eşqindən yanımmı?” adlı mahnı çox sevilib, radiolarda və televiziyalarda tez-tez göstərilib.

 

“Eşqnamə”, “Könül limanı”, “Ürəyindən öpürəm” və başqa albomların ardınca çıxan, müğənninin sonuncu, on üçüncü albomu “Ömrüm” bu ilin fevralında dinləyicilərin görüşünə gəldi. Albomla eyni adı daşıyan mahnı çox sevilməyə başlayıb.

 

Image result for ibrahim erkal

 

Ailəsi

 

İbrahim Erkal 2003-cü ildə Filiz Akgün ilə ailə həyatı qurub. Onların evliliyi xəyanət söz-söhbətinə baxmayaraq, Erkalın ölümünə qədər davam edib. 14 illik evlilikdən cütlüyün 3 uşağı dünyaya gəlib.  

 

2004-cü ilin iyulunda Dilara Xədicə adlı ilk qızları dünyaya gəlib.

 

Bir il sonra, 2005-ci ildə onların Ləvənt adlı oğlanları doğulub.

 

Yaxın zamanlarda isə cütlüyün üçüncü uşaqları, Elif Su adlı qızları anadan olub.

 

Image result for ibrahim erkal

 

Ölümü

 

İbrahim Erkal aprelin 12-də evinin qarajında avtomobildə huşsuz vəziyyətdə tapılıb. Xəstəxanada müğənninin beyninə qan sızdığı müəyyən edilib. Ailəsinin tələbi ilə 29 apreldə müğənni Ümraniyə Təhsil və Araşdırma Xəstəxanasına köçürülüb.

 

Mayın 9-da Ümraniyə Təhsil və Araşdırma Xəstəxanasının rəhbəri Necdet Sağlam açıqlamasında müğənninin beyin ölümünün gerçəkləşdiyini xəbər verib.

 

11 mayda ürəyi dayanan müğənni vəfat edib.

 

Müğənni mayın 13-də Karacaahmet qəbiristanlığında dəfn olunub.

 

LENT

24 May 2017
23 May 2017
22 May 2017
21 May 2017
20 May 2017
19 May 2017