Svetlana Alekseyeviçin ölüm xəbəri yayıldı

 

2015-ci ilin Ədəbiyyat üzrə Nobel mükafatçısı Svetlana Alekseyeviçin ölüm xəbəri yayılıb. Kulis.Azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Fransanın mədəniyyət naziri Fransuaz Nissen Twitter hesabında belaruslu yazıçının öldüyü haqqında məlumat paylaşıb.

 

Fransanın La Fiqaro qəzeti də həmin məlumatı yayıb. Sonradan məlum olub ki, nazirin adına açılan profil saxta imiş.

 

 

 

Svetlana Alekseyeviç yayılan ölüm xəbərləri ilə bağlı bunları söyləyib: “Xəbərləri oxuyuram... Ölüm xəbərini kim və nədən düşünüb? Mən indi Koreyadayam, kitabımın koreyaca nəşrinin təqdimatında...”

 

Yazıçı sağlamlığının qaydasında olduğunu bildirib.

 

LENT

24 Sentyabr 2017
23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017