Salam Sarvandan dillər əzbəri ŞEİR

Kulis.az “Bazar oxusu” layihəsindən tanınmış şair Salam Sarvanın ən çox dillərdə gəzən Bağışla, otağim tör-toküntüdü” şeirini təqdim edir.

 

Yuvam dimdiyimdə gəzirəm hələ…

Sənsiz yer də yoxdu, dərbədər mənə

Gəl e, gəl qırılıb qırağa düşmüş

o qol-budağımdan meyvə dər mənə.

 

Bilmirəm keçirim hansı halını –

Oynayım toyuna, batım yasına?..

Hər gün neçə məktub yazıb cırıram,

cırıb tullayıram… poçt qutusuna.

 

Gözləməkdən gözüm çuxura düşüb,

gör heç soruşursan, nə çöküntüdü?

Sənli xatirələr dağılıb evə –

bağışla, otağım tör-töküntüdü.

 

LENT

27 İyul 2017
26 İyul 2017
25 İyul 2017
24 İyul 2017