Zvyagensevin filmi liderdir – KANN GÜNDƏLİYİ

 

Andrey Zvyagensevin “Sevgisizlik” (“Nelyubov”) filmi 70-ci Kann festivalında iştirak edən filmlər arasında lider seçilib. Kulis.Azın rus mətbuatına verdiyi məlumata görə, Zvyagensevin dram janrında çəkdiyi film tənqidçilərdən 3,2 bal alıb.

 

Kinotənqidçilər rus rejissor Zvyagensevin filmini lider hesab ediblər. “Sevgisizlik” ata-anası ayrılmış 12 yaşlı bir uşaqdan bəhs edir.

 

İkinci yerə amerikan rejissor Todd Heynsin “Möcüzələrlə dolu dünya” (Wonderstrukc) və isveçli rejissor Ruben Estlundun “Kvadrat” filmləri seçilib. Hər iki film tənqidçilərdən 2,7 bal alıb.

 

“Dəqiqədə 120 zərbə” filmi ilə fransız rejissor Robin Kampillo 2, 5 balla üçüncü yeri tutub.

 

Siyahının sonuncu filmi Mişel Xazanaviçusun “Gənc Qodar” filmidir. Məşhur fransız rejissor Jan Lyuk Qodardan bəhs edən film tənqidçilərdən 1, 5 bal alıb.

 

Reytinq müxtəlif ölkələrin kinotənqidçilərinin rəyləri əsasında hazırlanır və hər gün yenilənir.

 

Xatırladaq ki, Kann festivalı mayın 28-ə qədər davam edəcək. 

LENT

23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017