Sokurov “Oskar” aldı

Rus kinorejissoru Aleksandr Sokurov kinematoqrafiyadaya verdiyi töhfələrə görə Avropa Kinoakademiyasının “Oskar” mükafatına layiq görülüb.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, mükafatı Sokurova 2017-ci ilin 9 dekabrında Berlində 30-cu European Film Awards mərasimində təqdim edəcəklər.

 

Kinoakademiya qeyd edib ki, Sokurov humanizm dəyərlərinə, bədii ifadə və söz azadlığına sadiqliyinə görə Avropa və Rusiya kinosunun vacib şəxsiyyətlərindəndir.

 

Xatırladaq ki, Aleksandr Sokurov “Frankofoniya”, “Ata və oğul”, “Faust” filmləri ilə bir çox nüfuzlu kinofestivalların mükafatını qazanıb.

 

LENT

21 Avqust 2017
20 Avqust 2017
19 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017