Balaca rəssamların sərgisi açılıb

Bakı Xətai Sənət Mərkəzində “Mənim düşüncəm - 2017” adlı uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb.

 

Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib. Sərgidə 15 yaşa qədər olan 190-dək balaca fırça ustasının 200 sənət əsəri nümayiş olunub.

 

Beynəlxalq Uşaqlar Gününə həsr olunmuş müsabiqə-sərgi uşaqlarda bədii zövqün formalaşması, yaradıcılıq duyğularının inkişafı, əhatə olunmuş mühitə münasibətin mükəmməlləşməsi məqsədi daşıyır.

 

Müsabiqənin şərtlərinə uyğun olaraq qalib iştirakçılar diplomlarla təltif edilib. /azertag.az/

 

LENT

24 Oktyabr 2017
23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017