Timur Əsgərov Mariya Teatrının səhnəsində

İyulun 18-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baleti nümayiş etdiriləcək.

 

Gənc balet artisti Timur Əsgərov səhnə əsərində şahzadə Ziqfrid obrazını canlandıracaq.

 

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb.

 

2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Gənclər üçün Prezident Mükafatına layiq görülüb.

 

Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb.

 

O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub. /azertag.az/\

 

LENT

22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017