Moskvada Çingiz Aytmatovun heykəli qoyulacaq

Moskavanın cənubunda Çingiz Aytmatovun heykəli qoyulacaq.

 

Kulis.Azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, təşəbbüs Qırğızıstan dövlətindən gəlib. Heykəlin qoyulması üçün isə maliyyə lazımdır.

 

Xatırladaq ki, 2018-ci ildə Çingiz Aytmatovun 90 illiyidir.

 

Çingiz Aytmatov “Gün var əsrə bərabər”, “Cəmilə”, “Ana tarla”, “Dəniz kənarıyla qaçan alabaş” kimi bir neçə məşhur əsərin müəllifidir.

 

Yazıçı 2008-ci ildə vəfat edib. 

 

LENT

21 May 2018
20 May 2018
19 May 2018
18 May 2018