Bülbülüm oxu, oxu – Elzadan yeni şeir

 

 

Kulis.az Elza Seyidcahanın “Ənəlhəqq” adlı yeni şeirini təqdim edir.

 

Ənəlhəqq

Sürt mizrabı kamana

Çək mizrabı yatana

Bilir çoxu.

Bülbülüm oxu, oxu

Hər gülün bir qoxu

Simsiz aləm mənə qorxu

Sızıldasın lütf

Ahəngində nəğmələr qoşsun

Türk

Al rəngindən.

Qoşmalar yazsın

Saz mehrindən

Sular daşsın nəhrindən

Tellər qırılsın əzmindən

Sürt oxuyağın

Cüt çalağın,

Oynayağın.

Orkestrlə coşağın.

Çək mizrabı kamana

Yana-yana, yanana

Ana-ana zamana

Qana-qana yalana

əyri-üyrü dalana.

Aşağı-yuxarı sürt, sürt.

Sürt mizrabı kamana

dərə-təpə sürt, sürt.

Qışqır, oyna, gəl çıx

Alqışlarla bu yana

Çıxsın, çıxsın

Səsi çıxsın

Dadı tökülsün

Dığır-dığır, sıvır-sıvır

Uzun-uzun, bəmli, zilli,

Abertonlu səslərin.

Flajaletto, fleyto,

Libiretto, operetto

Çək mizrabı kamana

ənəlhəqq

sürt kamanı sayana

ənəlhəqq.

 

LENT

14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017