Kannda aldığı mükafatı satır

 

“Adelin həyatı” filmi sayəsində məşhurlaşan fransız rejissoru Abdellatif Keşiş Kannda aldığı mükafatı satışa çıxarmaq niyyətindədir. Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə o, mükafatın satışından əldə olunan gəlirlə “Mektoub Is Mektoub” adlı yeni filmini çəkmək istəyir.

 

Sözügedən filmin çəkilişləri artıq yekunlaşıb, amma iş hələ çoxdur-bankın layihəyə ayırdığı kredit xəttini qapatması üzündən maliyyə çətinlikləri yaranıb. “Qızıl palma budağı”nın və filmdə istifadə olunan müxtəlif obyektlərin satışından əldə olunan gəliri Keşiş postprodakşnda ona kömək edəcək mütəxəssislərə verməyi düşünür. “Mektoub Is Mektoub” fransız yazıçı Fransua Boqodonun “La Blessuare, vraie” kitabınına uyğunlaşdırmadır. Süjetin mərkəzində yaşadığı problemlərdən dolayı vətəni Aralıq dənizi sahillərini tərk edən ssenari yazarının həyatı dayanır.

LENT

14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017