Çinarə Ömray: “Yüngül zədə almışam, evdəyəm”

 

“Yüngül zədə almışam, hal-hazırda vəziyyətim yaxşıdı, evdəyəm.” – bu sözləri Kulis.aza gənc yazar Çinarə Ömray bildirib.

 

O daha sonra əlavə edib ki, “Şamaxinka” ərazisində yolu keçərkən maşın vurub: “Xəstaxanaya aparıldım, müayinə olunduqdan sonra həkimlər bildirdilər ki, ciddi xəsarət almamışam, sadəcə əzilmişəm və qorxmuşam. Hal-hazırda evdəyəm, səhhətim qaydasındadır, bədənimin sağ tərəfində yüngül ağrılar var. Narahatlığa səbəb yoxdur.”

 

Xatırladaq ki, sosial şəbəkələrdə gənc yazar Çinarə Ömrayın qəzaya düşməsi ilə bağlı xəbərlər yayılmışdı.

 

 

LENT

24 Oktyabr 2017
23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017