“Azərbaycan romantizmini araşdırarkən...” kitabı çap olundu

 

Filologiya elmlər namizədi Vurğun Əyyubun “Azərbaycan romantizmini araşdırarkən...” adlı kitabı əşr olunub. Kulis.azın məlumatına görə kitaba müəllifin “Azərbaycan romantiklərinin yaradıcılığında vətəndaşlıq lirikası (1905-1920-ci illər)” adlı tədqiqatı, ədəbiyyatımızda romantizm və romantikanın problemlərinə işıq salan müxtəlif illərdə yazılmış məqalələri daxil edilib.

 

“Azərbaycan romantizmini araşdırarkən...” kitabında toplanan əsərlər sovet dövrü ədəbiyyatşünaslığımızda romantizm və romantikanın taleyi ilə bağlı gedən bəzi mübahisələrə aydınlıq gətirmək, Azərbaycan romantizminin həqiqi qiymətini vermək cəhdi baxımından bu günün ədəbiyyatşünasları, tələbə və doktorantları üçün maraqlı görünə bilər.

LENT

17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017