Məhəmməd peyğəmbəri oynayan uşağın fotosu yayıldı

İran rejissoru Məcid Məcidinin məşhur “Məhəmməd: Allahın elçisi” filmində İslam peyğəmbərinin 10-12 yaşlarını canlandıran uşağın fotosu yayılıb.

 

Kulis.azın farsdilli saytlara istinadən verdiyi xəbərə görə, Ümid Heydəri adlı bu uşaq əslən azərbaycanlıdır.

 

Xatıraladaq ki, “Məhəmməd: Allahın elçisi” filmi peyğəmbərin görünüb-görünməməsi mövzusunda xeyli söz-söhbətə səbəb olmuş, bəzi radikal dini qanadlar filmin kinoteatrlarda nümayişinə etiraz etmişdilər.

 

Buna baxmayaraq film bir sıra ölkələrdə uğurla nümayiş olunmuş, iyunun 6-da Türkiyənin ATV kanalında yayımlanmışdı.     

 

 

 

 

LENT

23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017