Putin özü haqqında çəkilən filmdən danışdı

Amerika kinorejissoru Oliver Stonun Rusiya prezidenti Vladimir Putin haqda çəkdiyi film bu günlərdə nümayiş olunacaq.

 

Kulis.Azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, film Putinlə rejissor Oliver Stounun intervüsü əsasında qurulub və onlar 4 seriyalı film boyunca müxtəlif mövzulardan danışırlar. Epizodlardan birində  V.Putin Stenli Kubrikin “Doktor Streynclav və ya necə oldu ki, mən daha qorxmadım və bombanı sevdim” filminə şərh verir. Onun fikrincə müəllif  “texniki nöqteyi-nəzərdən bir çox məsələləri əvvəlcədən görürmüş”. Filmi şərh edərkən Putin silahlanmanın müasirləşdikcə mürəkkəbləşdiyini və təhlükəli şəkil aldığını söyləyib.

 

Xatırladaq ki, Oliver Stounun 4 seriyalı “Putinlə müsahibə” filmi iyunun 19-22-də Rusiyanın birinci kanalında nümayiş olunacaq.

LENT

28 May 2018
27 May 2018
26 May 2018
25 May 2018
24 May 2018
23 May 2018