Aşıq Ədalətin səhhəti pisləşib: "Yemək yeyə bilmirəm"

"Səhhətim yaxşı deyil, bir az problemim var”.

 

Bunu mətbuata səhhətinin pisləşməsi və təcili Türkiyəyə aparılması barədə xəbərlərə aydınlıq gətirərkən ustad aşıq Ədalət Nəsibov deyib.

 

O bildirib ki, həqiqətən də Türkiyəyə getməyə hazırlaşır:

 

"Gedəcəyəm, görüm həkimlər nə deyir? Gedib qardaşlarımın yanına dəyib, gələcəm".

 

Maddi dəstək üçün dövlətə müraciət etmədiyini deyən ustad aşıq öz vəsaiti hesabına müalicə alacaq:

 

"Naşükür deyiləm, beşdən-üçdən varımdı".

 

Narahatlığının boğazında olduğunu bildirən aşıq Ədalət heç nə yeyə bilmədiyini söyləyib:

 

"Ağrım boğazımdadır. Udquna bilmirəm, nə çörək yeyə bilirəm, nə su içə bilirəm. Heç nə boğazımdan keçmir. Yediyim hər şey gedir elə bil boğazımda ilişib qalır”. /sherg.az/

 

LENT

17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017