Qocalmaq xoşuma gəlir - Şeron Stounun həyat qaydaları

 

Kulis.az Şeron Stounun həyat qaydalarını təqdim edir.

 

Mən qocalıram. Amma bu prosesdən zövq alıram.

 

 

Həyatda ən önəmli şeylərdə bəxtim gətirmədi. Sağlamlıq sarıdan bəxtsiz oldum, nikahımda uğursuzluq yaşadım. Amma özümü ələ aldım və sadəcə yaşamağa davam etməyə qərar verdim.

 

 

Maraqlıdır, “Əsas instinkt”ə baxanadək cazibədar olduğumu anlamırdım.

 

 

Yaşlanmağımı maskalamaq istəmirəm. Sadəcə yaşlaşanda da mümkün olduğu qədər yaxşı görünən qadın olmaq istəyirəm. 

 

 

Qırx neçə yaşımda, bir şüşə şərabla vanna otağına qapandım və özümə dedim: ”Mən özümü olduğum kimi qəbul etməyənə qədər heç yerə çıxmayacam. Üzümə böyüdülmüş güzgüdə baxdım... bədənimə baxdım... və ağladım, ağladım, ağladım.” Sonra özümdən soruşdum ki, sənin də vaxtın yetişdi, qocalırsan və onu necə qarşılamaq istəyirsən?

 

 

Həyatının birinci yarısında sənin üzün – doğuşdan olan üzündür. İkinci yarısındakı üzünsə - layiq olduğun üzdür.

 

 

Hüzur içində qocalmaq xoşuma gəlir – bu, mənim məqsədimdir. 2001-ci ildə beynimə qan sızdı, ona görə hüzurlu qocalmanın altenrativi mənə yaxşı tanışdır. Qan doqquz gün beynimə axdı. Sonra iki ilimi yenidən yeriməyi, danışmağı və oxumağı öyrənməyə sərf elədim. Bundan sonra qırışlar haqda istənilən söhbət mənə gülməli gəlir.

 

 

Onsuz da dünyada heç vaxt sülh və əmin-amanlıq olmayacaq. Zira sülh və əmin-amanlıq sənin beynində ola bilər.

 

 

Ava Qardner (amerikalı aktrisa-red.) dünyada ən gözəl qadın idi. Niyə? Çünki o özünə, üz-gözünə əl gəzdirmədi. O qadın kimi görünürdü və heç vaxt da qızcığaz kimi görünməyə cəhd eləmirdi.

 

 

Böyüyən uşaqlarına baxanda həyat və özün haqda daha çox şey öyrənirsən.

 

 

58 yaşında anladım ki, gözəllik içəridən gəlir. Gözəl olmaq üçün istədiyini eləməlisən və özü də hər gün. Mən rəqs eləməyi sevirəm və əldən düşənədək oynayıram.

 

 

Məni çiçəklərlə və şam yeməyinə dəvətlə ələ almaq olar. Centlmen kişiləri sevirəm. Amma intellektimi qiymətləndirməyən adamlara qatlana bilmirəm. Özümə hörmət tələb edirəm-və partnyoruma da sayğı hiss etmək istəyirəm. 

 

 

Mən mehriban və xoş ola bilərəm, lakin bu, maraqsızdır. Mehriban və xoş olmaq, həyatda əsas məqsəd deyil. Mən özümlə olduğum kimi ətrafdakılarla da dürüst olmağa çalışıram. Amma bu həmişə xoş olmur. Mən heç vaxt ümumdünya istəklisi olmağa çalışmamışam.

 

 

Həyatda önəmli olan sənin yıxılmağın deyil, sənin necə ayağa qalxmağındır.

 

 

Buddist olandan sonra başa düşdüm ki, utanc hissini insan düşünüb. Təbiətdə utancaqlıq yoxdur. Bu, insanları manipulyasiyadan başqa bir şey deyil.

 

 

Qadınlar orqazm imitasiyasını bacarır və edir. Kişilər isə münasibətləri imitasiya edir.

 

 

Yanlış adamın yanında özünün tənha hiss etməkdənsə, tamamilə tənha olmaq daha yaxşıdır.

 

 

Yataqda ssenariləri oxumağı daha çox sevirəm.

 

 

Heç vaxt problemləri səndən çox olan adamlarla yatağa uzanma.

 

 

Əvvəl qalmaqal törətmək üçün məşhur olmaq lazım idi. İndisə məşhurlaşmaq üçün qalmaqal lazımdır.

 

 

Qadın həmişə öz qiymətini bilməlidir, amma onu dilə gətirməməlidir.

 

 

Vudi Allenin “Ulduz xatirələri” filmində ( Şeron Stounun kinoda debütü – red.) çəkilmişəm. Bu, əhəmiyyətsiz rol idi, ağızmı da açmadım, amma bu film “nəhayət, kinodayam və həmişə olmaq istədiyim yerə doğru gedirəm” duyğusunu yaşatdı.

 

Image result for sharon stone

 

Amerikada saçını boyamış, eyni burunla, eyni nəhəng dodaqla, dəyişilmiş yanaqla və eyni ağ dişlərlə 400 min qadın yaşayır. Doğrudanmı kimsə onları cazibədar hesab edir? 

 

Image result for sharon stone

LENT

14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017