“Natiq ritm qrupu” konsert verəcək

İyunun 26-da “Natiq ritm qrupu” Qəbələdə konsert proqramı ilə çıxış edəcək. Qrupun təqdim edəcəyi xüsusi kompozisiyada qədim çalğı alətlərinin milli rəqslərimiz ilə sintezi əksini tapacaq.

 

Bu barədə qrupun rəhbəri, Əməkdar Artist Natiq Şirinov açıqlama verib. Onun sözlərinə görə, konsertdə qrup tərəfindən hazırlanmış “Sarı gəlin”, “Qarabağ”, “Atəşgah”, “Mehriban”, “Bir qəlbdə iki ruh”, “Ritm varsa, həyat var” və digər kompozisiyalar ifa olunacaq.

 

Bu kompozisiyalar ritm bəstəkarı Natiq Şirinovun muğam üzərində apardığı sintezləri və milli musiqiyə verilən yeni həyat konsepsiyasını əks etdirir. Konsertdə zərb və ritm alətlərindən əlavə, zurna, tütək və digər milli musiqi alətlərimizdən də istifadə olunacaq.

 

Konsert proqramı “Gilan Hospitality Group” və “Qafqaz” hotellərinin təşkilatçılığı ilə gerçəkləşəcək.

 

LENT

28 May 2018
27 May 2018
26 May 2018
25 May 2018
24 May 2018
23 May 2018