Tramp məşhur yazıçını bloka atıb

Tramp yazıçı Stiven Kinqi Twiteerdə qara siyahıya atıb.

 

Kulis.Azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Amerika prezidenti məşhur yazıçını öz hesabında bloklayıb.

 

Yazıçı Stiven Kinq bu barədə yarızarafat bir açıqlama verib: “Tramp məni blok elədi, mesaj yazmağıma qadağa qoydu. Mən gərək özümü öldürüm”.

 

“Harri Potter” seriyasının müəllifi Coan Roulinq Amerika prezidentinin Twiteerdə yazdıqlarını Kinqə çatdıracağını deyib.

 

Xatırladaq ki, əvvəllər Trampın adına saxta hesablar açıb onu ələ salırdılar. 

 

LENT

24 Oktyabr 2017
23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017