Nəriman Həsənzadənin ƏN MƏŞHUR ŞEİRİ

Kulis.az “Bazar oxusu” layihəsindən Nəriman Həsənzadənin ən məşhur sevgi şeirlərindən olan “Nə qəribədir” şeirini təqdim edir.

 

Elə dayanırsan, elə baxırsan,

Elə bil qarşında quru bir daşam.

İpək saçlarını bir vaxt oxşayan

Elə bil hardasa mən olmamışam.

 

Səni dostlarımla, tanışlarımla,

Mən tanış edərdim nə vaxtsa bir-bir.

İndi özgələri yad ehtiramla,

Deyirlər tanış ol...

Nə qəribədir?!

 

Yuxuda görərdin nə vaxtsa hər dəm,

Yolumu gözlərdin yollardan uzaq.

Mən sənin yuxundan çıxıb gəlmişəm,

Bu da bir yuxudur, gəl tanış olaq.

 

Qoluna girərdim... bu, yadındadır,

gedərdik... yolumuz , arzumuz şərik.

Qolum qollarının lap yanındadır,

toxunsa biz indi üzr istəyirik.

 

Hayanda oldumsa səhər, ya axşam,

Aradın sən məni, gördün sən məni.

İndi gözlərinin qabağındayam,

Hayanda durum ki,

Görəsən məni?

 

LENT

21 Avqust 2017
20 Avqust 2017
19 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017