Dünyanın ən varlı qadın yazıçıları - SİYAHI

Kulis.Az “Forbes” jurnalının 2016-ci ildə açıqladığı ən varlı qadın yazıçıların siyahısını təqdim edir.

 

Coan Roulinq

 

Məşhur “Harri Potter” seriyasının müəllifi Coan Roulinq 2004-cü ildən bəri ölkəsinin, bir müddət isə dünyanın ən varlı qadını olub. Xeyriyyə ilə məşğul olan Roulinq 2007-ci ildə “Taym” jurnalı tərəfindən “İlin adamı” seçilib. 2016-cı ildə 19 milyon qazanc əldə edib. “Forbes” jurnalının yazdığına görə, növbəti il onun sərvəti 1 milyard dollara çatıb. Əsasən uşaqlar üçün yazan yazıçı bu il “böyüklər” üçün “Boş yer” adlı əsərini nəşr edib. 2016-cı ildə 19 milyon dollar qazanc əldə edib. 

 

Nora Roberts

“İrland ürəyi”, “Gecə hekayələri”, “Stanislavski ailəsi” kimi əsərləri ilə tanınır. Nora çox məhsuldar yazıçıdır. 2016-cı ildə kitablarından əldə etdiyi qazanc 15 milyon dollar civarındadır.

 

Daniela Stil

“Ehtiras vadisi”, “Ailə albomu”, “Üzük”, “Böyük sevgilər baş tutmur” kimi məşhur əsərlər müəllifi. Amerikada yaşayır. 69 yaşı var. 2016-cı ildəki gəliri: 15 milyon dollar.

 

Erika Leonard Ceyms

 

Dörd il əvvəl Stefani Meyerin “Alatoran” seriyasından təsirlənərək yazmağa başlayıb. Əsər “Nyu-York Tayms”ın bestseller siyahısına düşüb. “Harri Potter” və “Da Vinçi Kodu”-nda olduğu kimi, aylarla əlinə kitab dəyməyənlər belə “Bozun əlli çaları” əsərini almağa başlayıb. Onun 2016-cı ildəki qazancı 14 milyondur.

 

Pola Hokins

 

45 yaşlı britaniyalı yazıçı. Onu daha çox “Qatardakı qız” əsəri ilə tanıyırlar. “Suyun altında” romanı ilə də məşhurdur. 2016-cı ildə 10 milyon dollar qazanc əldə edib.

 

Veronika Rot

Onun ən məşhur əsərləri bunlardır: “Diverqent”, “İnsurqent”, “Elliqent”. Amerikada yaşayır. 28 yaşı var. 2016-cı ildə kitablarının satışından 10 milyon dollar qazanc əldə edib.

 

Reyçel Rassel

 

“Nikkinin gündəliyi” əsəri ilə məşhurdur. 58 yaşlı bu qadın yazıçı Amerikada yaşayır. Onun 2016-cı ildəki qazancı 8, 5 milyon dollardır. 

 

 

LENT

18 Oktyabr 2017
17 Oktyabr 2017
16 Oktyabr 2017