“Mercedes” nədən qorxur? – GƏLƏCƏK HAQQINDA PROQNOZLAR

 

Alman yazar Udo Golubb bu günlərdə gələcək haqda proqnozlarını açıqlayan məqalə ilə çıxış edib. Kulis.az həmin məqaləni təqdim edir.

 

Mercedes-Benz-in rəhbəri yaxın zamanlarda verdiyi müsahibədə artıq rəqiblərinin başqa avtomobil şirkətləri deyil, Tesla, Amazon, Google, Apple və oxşar texnologiya şirkətləri olduğunu söylədi.

 

 

Qarşıdakı 5-10 ildə proqram tətbiqləri (aplikation) bir çox ənənəvi sənaye şirkətləri üçün əsas rəqibə çevriləcək. Məsələn, Uber sadə bir tətbiqdir, bir dənə belə avtomobili yoxdur, amma yenə də dünyanın ən böyük taksi şirkətidir.

 

Airbnb dünyanın ən böyük otel şirkətidir, amma heç bir mülkiyyəti yoxdur.

 

Süni zəka

 

Kompüter dünyamızı anlamada daha bacarıqlı olurlar. 2016-cı ildə bir kompüter dünyanın ən yaxşı qo oyunçusunu məğlub etdi ki, bu gözləniləndən 10 il tez baş verdi. 

 

ABŞ-da gənc vəkillərin iş tapması çətinləşib. Çünki, İBM-in Uotson tətbiqi sayəsində sadəcə saniyələr içində hüquq məsləhətləri ala bilirsiniz. Proqramın verdiyi məsləhətlərin 90 faizi uğurlu olur, halbuki vəkillər bu işi 70 faiz yerinə yetirə bilirlər.

 

Əgər hüquq təhsili alırsınızsa, artıq davam etməyə dəyməz, çünki gələcəkdə vəkilə ehtiyac 90 faiz azalacaq. Bu işdə sadəcə işinin peşəkarları qalacaq.

 

 

Uotson adlı tibbi tətbiq insan tibb işçiləri ilə müqayisədə xərçəng müayinəsində 4 dəfə daha artıq daha uğurludur. Facebookun sahib olduğu üz tanıma tətbiqi üzləri insandan daha yaxşı tanıyır. 2030-cu ildə kompüterlər insanlardan daha ağıllı olacaqlar.

 

 

Avtonom (Özü-özünü sürən) avtomobillər

 

2018-ci ildə sürücüsüz avtomobillər təqdim olunacaq. 2020-ci ildən başlayaraq avtomobil sənayesi bundan böyül zərbə alacaq. Artıq avtomobilinizin olmasını istəməyəcəksiniz. Telefonunuzla avtomobil çağırıb onunla istədiyiniz yerə gedəcəksiniz. Avtomobili park etməyə lüzum olmayacaq, sadəcə ödəniş edəcəksiniz. Gələcəkdə uşaqlarımız nə sürücülük vəsiqəsi alacaqlar, nə də avtomobil.

 

Bu vəziyyət şəhərləri də dəyişdirəcək çünki, avtomobilə 90-95 faiz daha az ehtiyac hiss edəcəyik. Avtoparkları parklara çevirə biləcəyik. Bütün dünyada hər il 1,2 milyon insan avtoqəzalarda həyatını itirir. Günümüzdə bu hər 100 kilometrdə 1 qəza deməkdir, sürücüsüz avtomobillər isə 10 milyon kilometrdə bir qəza edə bilər, deməli hər il bir milyondan artıq insanın həyatını xilas edə bilərik.

 

Avtomobil firmalarının çoxu böyük ehtimalla iflas edəcək. Ənənəvi avtomobil şirkətləri inqilabi yolla daha yaxşı avtomobil istehsal etməyə çalışırlar, amma texnologiya firmaları (Tesla, Apple, Google…) daha fərqli bir inqilabi yol seçəcəklər və təkərləri olan kompüter istehsal edəcəklər.

 

 

Audi və Volkswagendəki bir çox mühəndis Tesladan çəkinir.

 

Sığorta şirkətləri də çox böyük problemlər yaşayacaqlar, çünki qəzalar azalacaq və sığorta qiymətləri də aşağı düşəcək.

 

Əmlak sahəsi də dəyişəcək. İnsanlar evdən işə gedərkən yolda da işləyə biləcəkləri üçün daha uzaq yerlərdəki gözəl evlərdə yaşamağı üstün tutacaqlar.

 

Elektrikli avtomobillər 2020-ci ildə geniş yayılacaq. Bu avtomobillər artıq elektriklə işləyəcəkləri üçün şəhərlərdə gurultu azalacaq. Elektrik enerjisi inanılmaz dərəcədə ucuz və təmiz olacaq. Otuz ildən çoxdur ki, günəş enerjisindən istifadə olunur və bu günü-gündən də artır.

 

 

Elektrikin ucuz olması suyun keyfiyyətli olmasına da təsir göstərəcək. Dəniz suyunun təmizlənməsi hər kubmetrə 25 sentə başa gəlir. Dünyanın bir çox bölgəsində su qaynaqları var, amma içməli su qaynağı azdır. Hər kəsin istədiyi qədər təmiz suya əlinin çatacağı bir dünyada nələr ola bilər, təsəvvür edin.

 

 

Səhiyyə

 

Tricoder X-in qiyməti bu il elan olunacaq. Bəzi firmalar Tricoder (tibbi araşdırma aparan cihaz) deyilən və telefonumuzda istifadə oluna bilən cihaz istehsal edirlər. Bu cihaz sayəsində analizlər aparıla bilir, qan və nəfəs nümunələrinizi sistemə yükləyə bilərsiniz.

 

 

Cihaz 54 bioloji nəticəni analiz edərək, demək olar ki, bütün xəstəlikləri tanıyacaq. Və bu cihaz ucuz olacağı üçün dünyadakı hər kəsin bu tibbi sistemə əli çatacaq. Artıq tibb müəssisələri keçmişdə qalacaq.

 

 

3D printerlər

 

Son 10 ildə 3D printerinin qiyməti 18 min dollardan 400 dollara düşdü, gücü isə 100 qat artdı. Bütün ayaqqabı firmaları çoxdan 3D printerlərinin istehsalına başlayıb.

 

 

Bəzi təyyarə ehtiyat hissələri çoxdan 3D printerlərlə istehsal olunur. Kosmik stansiyada olan 3D printer sayəsində daha ehtiyat hissələrini kosmosa daşımaq məcburiyyətində deyillər.

 

Bu ilin sonunda ağıllı telefonlar 3D ölçügötürmə xüsusiyyətlərinə sahib olacaqlar. Artıq telefonunuzla ayağınızın ölçüsünü götürüb evdə ayaqqabı istehsal edə biləcəksiz.

 

Çində 6 mərtəbəli bir ofis binası 3D printerlə ucaldılıb. 2027-ci ilədək istehsal olunacaq hər şeyin 10 faizi 3D printerdən çıxmış olacaq.

 

İş Fürsətləri

 

Əgər yeni başlkamaq istədiyiniz bir iş varsa əvvəlcə özünüzdən bir soruşun görün gələcəkdə bu mövcud olacaqmı?

 

Əgər bu iş telefonunuzla çalışmayacaqsa unudun o fikri. XX əsrdə uğurla gedən bir iş 21-ci əsrdə müvəffəqiyyətsizliyə uğrayacaq.

 

 

İş

 

Önümüzdəki 20 ildə günümüzdəki işlərin 70-80 faizi ortadan qalxacaq. Əlbəttə gələcəkdə yeni işlər olacaq, ancaq hər kəs üçün kifayət qədər olacaqmı bəlli deyil.

 

 

Kənd təsərrüfatı

 

Gələcəkdə 100 dollarlıq əkinçilik robotları olacaq. Üçüncü Dünya ölkələrindəki fermerlər, bütün gün tarlada işləmək yerinə öz robot cütçülərinin idarəçisi ola biləcəklər.

 

 

Torpaqsız əkinçilik çox daha az su ilə aparılacaq. Süni yetişdirilən ilk ət gələcəkdə gerçək heyvandan alınan ətdən daha ucuz olacaq. İndiki vaxtda bütün əkinçilik ərazilərinin 30 faizi  inəklər üçün istifadə edilir. Əgər bu sahələrə ehtiyacımız olmazsa nələr olur xəyal edin. Yaxın zamanda böcək zülalını bazara çıxarmağa cəhdlər var. Böcəklər normal ətdən daha çox zülal ehtiva edir. Bu məhsullar alternativ zülal qaynağı olacaq, çünki bir çox insan hələ də böcək yemək fikrinə yaxşı baxmır.

 

"Moodies" adı verilən və hansı ruh halında olduğunuzu təsbit edən bir tətbiq var. 2020-ci ildə üz ifadələrinizdən yalan danışıb danışmadığınızı anlaya biləcək tətbiqlər olacaq. Bu tətbiqin istifadə edildiyi və iştirakçıların yalan danışıb danışmadıqlarının ortaya çıxaran siyasi analitik proqram xəyal edin.

 

 

Uzun ömür

 

İndiki vaxtda hər il ortalama insan ömrü təxminən 3 ay uzanır. 4 il əvvəl ortalama insan ömrü 79 il idi, hal-hazırda isə 80 ildir. 2036-cı ildə orta ömür hər il 1 ildən daha çox artacaq. Yəni hamımız çox-çox uzun həyat yaşaya, böyük ehtimalla 100 ildən uzun ömür sürə bilərik.

 

 

 

Təhsil

 

Ön Asiya və Afrikada 10 dollara ən ucuz ağıllı telefon əldə edə bilərsiniz. 2020-ci ilə gəldiyimizdə insanların 70% faizi ağıllı telefon sahibi olacaq. Bu, hər kəsin dünya səviyyəsində bir təhsilə çıxışı olacaq deməkdir. Hər uşaq, Birinci Dünya Ölkələrindəki uşaqların məktəbdə öyrəndikləri bilikləri əldə etmək üçün Khan Academy-dən istifadə edə biləcək. Tətbiq İndoneziyada artıq istifadə ediblər. Yaxında da Ərəb, Svahili və Çin versiyaları də çıxacaq. Əgər İngilis dili tətbiqini pulsuz yaysalar fövqəladə bir potensial yaranacaq. Yarım ildən də az müddətdə Afrika və dünyanın başqa ölkələrindəki uşaqlar səlis şəkildə ingiliscə danışa biləcəklər.

 

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017