Van Qoq haqqında cizgi filmi çəkildi – İLK DƏFƏ

 

Fransada rəssam Vinsent Van Qoqa həsr olunmuş “Vinsentə sevgilərlə” animasiya filminin premyerası keçirilib. Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu, başdan-ayağa kətan üzərində yağlı boya ilə çəkilmiş ilk tammetrajlı cizgi filmidir.

 

Film Ansidə keçirilən beynəlxalq animasiya festivalı çərçivəsində nümayiş olunub.

 

Rejissorları Dorota Kobel və Hyu Velçman olan filmin yaranmasında 100-dən artıq rəssam iştirak edib. “Vinsentə sevgilərlə”nin büdcəsi 5,5 milyon manat təşkil edir.

 

Film Van Qoqun həyatının son günlərindən və indiyədək sirli qalan ölümündən bəhs edir. Velçmanın söylədiyinə görə, onlar çoxlu kitab o cümlədən, rəssamın 800 məktubunu oxuyublar. 

 

LENT

21 Avqust 2017
20 Avqust 2017
19 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017