Alman rejissorun ustad dərsləri olacaq

İyunun 22-29-da alman rejissor Veyt Helmer “Azərbaycan” kinoteatrında ustad dərsləri verəcək.

 

Kulis.azın vediyi xəbərə görə, proqram çərçivəsində rejissorun iki tammetrajlı filmi, səkkiz qısa filmi tamaşaçılara təqdim olunacaq.

 

Tədbiri “Salam Cinema” Azərbaycan kinoteatrı ilə birlikdə həyata keçirəcək. 
  
Veit Helmer: yazıçı, rejissor, prodüserdir, ilk filmini 14 yaşında çəkib. O, əsasən qısa filmləri ilə məşhurlaşıb. Helmer 1997-ci ildə Venesiyada premyerası olan Uim Vendersin “İşiğın hiyləsi” bədii filminin həmmüəllifidir.


Helmerin baş rolda Denis Lavantın oynadığı ilk bədii filmi “Tuvalu” San Sebastiyan, London, Berlin və Karlovi Vari da daxil olmaqla 62 festivala dəvət almışdı.


Onun çəkilişləri Azərbaycanda aparılan üçüncü bədii filmi “Absurdistan”ın primyerası (2008) Sandensda baş tutmuş və müxtəlif festivalların mükafatını qazanmışdır.

 

LENT

29 İyun 2017
28 İyun 2017
27 İyun 2017
26 İyun 2017
25 İyun 2017