“Bakı rüzgarı” kitabının təqdimatı olacaq

“Bakı rüzgarı” kitabının təqdimat mərasimi olacaq.

 

İyunun 20-də Yunus Emre İnstitutunda Azərbaycan Demokratik Respublikası  dövründə hökumətin Avropaya təhsil almağa göndərdiyi yüz gəncdən biri olan İsmayıl Saryalın “Bakı rüzgarı” kitabının təqdimat mərasimi keçiriləcək. “Bakı rüzgarı” müəllifin uşaqlıqdan gənclik dövrünə kimi keçdiyi ömür yolundan bəhs edir. Sənədli romanda 1910-1930-cu illər arasında Azərbaycandakı istiqlal mübarizəsindən, 1917-ci il kommunist inqilabının xalqları necə bir-birinə qatdığından, necə qanlı terror yuvası yaratdığından bəhs olunur. Roman Azərbaycanda ilk dəfə “XAN” nəşriyyatında nəşr edilib. Kitabın öz sözünün müəllifi, Səməd Vurğunun Ev Muzeyinin direktoru Nüşabə Babayeva -Vəkilovadır.

Qeyd edək ki, tədbir Azərbaycan Cumhiriyyəti 100 illiyi çərçivəsində keçirilir.  

 

LENT

17 Yanvar 2018
16 Yanvar 2018
15 Yanvar 2018
14 Yanvar 2018
13 Yanvar 2018