Rumın xalq musiqisi Bakıda

İyunun 17-də Beynəlxalq Muğam Mərkəzində Rumıniya xalq musiqisindən ibarət konsert olub.

 

Konsert Azərbaycan və Rumıniya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub. Konsertdən əvvəl çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku iki ölkə arasında münasibətlərdən, əməkdaşlıq perspektivlərindən danışıb. Qeyd edib ki, enerji, nəqliyyat sahələrində əlaqələr iki ölkəni daha çox yaxınlaşdırır. Azərbaycanın dinamik inkişafını vurğulayan Dan İanku Rumıniyanın ölkəmizlə iqtisadi sahədə əlaqələri daha da genişləndirməkdə maraqlı olduğunu bildirib. Səfir, həmçinin mədəniyyət və təhsil sahələrində əməkdaşlığı inkişaf etdirməyin əhəmiyyətini diqqətə çatdırıb.

 

Konsert proqramı ilə davam edən tədbirdə nəfəsli alətlərdə Daniel Pop, simli alətlərdə isə Doina Lavrik çıxış edib. /azertag.az/

 

LENT

24 İyun 2018
23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018