“İt gəzdirən xanım” Pantomima Teatrında - BU GÜN

Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı kollektivi yeni tamaşa hazırlayır.

 

Sözügedən tamaşa A.P.Çexovun “İt gəzdirən xanım” hekayəsi əsasında hazırlanıb.

 

Belə ki, teatrsevərlər iyunun 18-də nümayiş olunacaq səhnə əsərinə Leyla Atayevanın quruluşunda baxacaqlar. Tamaşada rəsmlərin quruluşu Nurlan Rüstəmova, əsərin plastik həlli isə Xalq Artisti Bəxtiyar Xanızadəyə məxsusdur.

 

Səhnə əsərində rolları Əməkdar Artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev və Beyrək Rüstəmov canlandıracaq.

 

Qeyd edək ki, A.P.Çexovun “İt gəzdirən xanım” hekayəsi əsasında 1960-cı ildə “Lenfilm” kinostudiyasında eyniadlı film də ekranlaşdırılıb.

 

LENT

29 İyun 2017
28 İyun 2017
27 İyun 2017
26 İyun 2017
25 İyun 2017