Azərbaycanda qeyri-adi teatr festivalı keçiriləcək

 

“Sabah” yaradıcılıq mərkəzi, “Sabah Disput” klubu və “Absurd” teatr-kafenin təşkilatçılığı ilə Bakıda “Teatr kafe” pyes oxunma festivalı keçiriləcək. Bu barədə Kulis.az-a festivalın təşkilatçısı, teatr-kafenin rəhbəri Yunis Vəlipur xəbər verib.

 

Festivalın şərtlərinə görə, hər bir iştirakçı bir pyes oxuyacaq. İstənilən pyes seçilə bilər və aktyorlar bunu minimum hərəkətlərlə bədiiləşdirə bilərlər.

 

Qalibi “Absurd” teatr kafenin müştəriləri təyin edəcək. İştirakçılara yaş həddi və ya peşə məhdudiyyəti qoyulmur. Pyeslər iyun ayının 20-dək qəbul olunacaq.

 

Festival iyulun 1-də start götürəcək və qaliblərə xüsusi mükafatlar veriləcək.

 

Yunis Vəlipur məqsədin teatr aləmində canlanma yaratmaq, teatr-kafe üslubunu təqdim etmək olduğunu söyləyib: “Bizdə teatr-kafe ənənəsi yoxdur, teatr adamlarının görüş yeri, müzakirə yeri kimi bu kafenin yaradıcılıq funksiyası daha böyükdür”.

 

Xatırladaq ki, yenicə fəaliyyətə başlayan “Absurd” teatr-kafe Xaqani küçəsində (Teatr Xadimləri İttifaqı ilə üzbəüz) yerləşir.   

LENT

29 İyun 2017
28 İyun 2017
27 İyun 2017
26 İyun 2017
25 İyun 2017