Azərbaycan filmi Beynəlxalq festivalda təqdim olunacaq

İyunun 30-u 52-ci Karlovı Varı Beynəlxalq Film Festivalının təntənəli açılışı olub.

 

Kulis.azın məlumatına görə açılış törənində horror filmləri mövzusunda teatrallaşdırılmış şou təqdim edilib. Bundan başqa təşkilatçılar müxtəlif zamanlarda festivalın ödülünü qazanmış ulduzlar Con Malkoviç və Helen Mirrerin iştirakı ilə ironik spotlar da tədim ediblər. Festivalın qonaqları sırasında Uma Turman və Keysi Aflek də iştirak edirlər. Onlara festival prezidentinin mükafatları təqdim edilib.

 

Azərbaycan festivalda “Azərbaycanfilm” kinostudiyasının və “Buta Film” kino şeirkətinin birgə istehsalı olan “Nar bağı” filmi ilə təmsil olunur. Film bu gün “Qərbin Şərqi” proqramının açılış mərasimində təqdim olunacaq.

 

Filmin rejissoru İlqar Nəcəf, ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firuddin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırırlar.

 

 

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017