Çadralı qadına söyüş

Ötən hətfə Səməd Vurğunun heykəli yaxınlığında küçənin ortasındaca oturub çay içirdik.

 

Çayxanaları o qədər sıxışdırıblar ki, burunlarını çölə çıxara bilmirlər və bizim kimi binəvalar bu boyda şəhərdə altında oturub çay içməyə bir ağac tapmır.

 

Bu dəfə çayxana sahibləri ürək eləyib səkinin yanına bir-iki stol qoydu.

 

Bu vaxt əqli qüsurlu bir kişi yaxınlaşıb ağzına gələn söyüşləri sağa-sola yağdırmağa başladı. O, Allahı, bəndəni, yeri, göyü ən ağır söyüşlərin yağmuruna tutmuşdu. Heç cür susdurmaq olmurdu.

 

Mən rəncidə olub bir neçə dəfə “Polis! Polis!” dedim ki, adam aralanıb getsin.

 

Alınmadı.

 

Bu vaxt yanımızdan yaşlı bir qadın keçirdi. Qadın çadradaydı.

 

Kiməsə sadəlövh və aqrar görünə bilər, amma olanı deyəcəm; mən bir anlıq qalxıb söyüş söyən kişinin ağzını tutmaq istədim. Çox sadə bir səbəbdən: o qadının bu söyüşləri eşitməsi və bizim buna şahid olmağımız məni narahat edirdi.

 

Amma durmadım. Görünür şüuraltımda bu hərəkətin yersiz olduğuna qərar verdim. Adamın əqli qüsurlu olduğu hər tavrından bəlli idi və çadralı qadın özünü eşitməzliyə vurub keçəcəkdi.

 

Bu vaxt şair Şəhriyar del Gerani qarışıq səslər çıxararaq söyüş söyən adamın səsini batırdı və vəziyyətdən, mənim qənaətimə görə, çox isetdadlı bir çıxış yolu tapdı.

 

Qadın söyüşü eşitmədən keçdi...

 

Dəli qarşısında başqa bir “dəli” görüb sakitləşdi...

 

Bu hadisədən mütəəssir oldum...

 

Və balaca bir status yazdım.

 

Bir neçə saatdan sonra gördüm boş-bekar həmvətənlər bizi öz ağıllaınca həqarət və hədyanlara tuş ediblər. Çox səviyyəsiz bir hadisə olubmuş və bunu yazmaq gülməliymiş...

 

Hətta məsələ şişib saytlara yol tapdı.

 

Belə hadisələr çox olur. Qələm adamlarına qarşı təhqirlər də yağdırılıb, söyüşlər də söyülüb. Biz öyrəncəliyik. Ancaq burda vəziyyətin bir az fərqli olduğunu düşünürəm.

 

Bu adamlar nəyə etiraz edirlər?

 

Qadının çadrasına, dəlinin söyüşünə, Şəhriyarın nəcib hərəkətinə, mənim bunu yazmağıma, ya nəyə? 

 

Bəlkə, qadın söyüşü eşitməli və biz də bundan zövq almalı idik? 

 

Alternativ təklifiniz nədir?

 

Doğrudanmı, bu hadisənin içində insanı mütəəssir edən incə bir nüans olduğunu görmürsünüz?     

 

Biz də deyirik kitab oxuyan niyə belə azdır. Sən demə, fb-dəki dostlarımızın bir çoxu bütün günü ona-buna düşük atmacalar atmaqla eqolarını ovudurmuş.

 

Adları yalnız istedadlı qələm adamlarının dostluq siyahısında əhəmiyyətli görünər bir dəstə binəva...

 

Bir az sadə olun, zira  ayküsü aşağı adamlar sadə olmayanda kənardan pis görünürlər.

 

Sizi əmin edirəm, topanız Şəhriyar del Geraninin, misal üçün, “Küçə uşaqlarına” şeirinin bir misrasına dəyməzsiniz.

 

Və o şeirlər bu cür incə müşahidələrin, bu cür həssaslıqların hesabına yaranır.

 

LENT

27 İyul 2017
26 İyul 2017
25 İyul 2017
24 İyul 2017