Bu yazıçılarımız faciəvi şəkildə dünyasını dəyişib - SİYAHI

 

 

Kulis.az faciəvi şəkildə həyatdan getmiş Azərbaycan yazıçılarını təqdim edir.

 

Məhəmməd Hadi (şair, 1879-1920) – Gəncə üsyanından bir neçə gün sonra (may 1920) Hadi xəstəxanada ağır yatırmış, həmin günlərdə vəfat etdiyi güman olunur.

 

Mikayıl Müşfiq (şair, 1908-1938) – Repressiya illərində həbs olunaraq güllələnib.

 

Məsud Əlioğlu (yazıçı, 1928-1973) – İntihar edib.

 

Sərdar Əsəd (şair, 1929-1975) – İntihar edib.

 

Ülvi Bünyadzadə (şair, 1969-1990) – 20 Yanvar faciəsində şəhid olub.

 

Aydın Məmmədov (tənqidçi, 1944-1991) – Avtomobil qəzası.

 

Faiq (şair, 1962-1992) – Ürək tutmasından vəfat edib.

 

Eldar Baxış (şair, 1947-1996) – Bədəni içkidən zəhərlənərək çürüyüb tökülməyə başlayıb. Qəsdən zəhərləndiyi ehtimal olunur.

 

Aydın Əfəndi (şair, 1959-1997) - Ölümünün səbəbi müəmmalıdır. Bəzi dostları onun yüksək dozalı narkotik və alkoqol qəbul etdikdən sonra dünyasını dəyişdiyini deyir. Bəziləri də intihar etdiyini söyləyirlər.

 

Hüseyn Kürdoğlu (şair, 1939-2003) - Xərçəng xəstəliyinin ağrılarına dözməyib özünü yaşadığı evin eyvanından atıb.

 

Natiq Səfərov (tərcüməçi, 1943-2004) - Yuxulu-yuxulu çəkdiyi siqaret divana düşüb alışıb, sonra isə bütün evi od alıb. Bədənindəki ağır yanıqlar nəticəsində vəfat edib.

 

Fərhad Mete (şair, 1976-2009) – Avtomobil qəzasında həlak olub.

 

Mövlud Mövlud (yazıçı, 1989-2017) – İntihar edib.

 

LENT

22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017