Venesiya festivalı jürisinə rəhbər təyin olundu

Amerikalı aktrisa Annet Beninq 74-cü Venesiya festivalının münsiflər heyətinə başçılıq edəcək.

 

Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə, festivalın bədii rəhbəri Alberto Barberaın fikrincə, artıq uzun-uzun kişi siyahılarından imtina edib, qadınları beynəlxalq festivalların jürisi roluna dəvət etmək lazımdır.

 

Sonuncu dəfə Venesiya festivalının jürisinə rəhbərlik edən qadın  aktrisa Ketrin Denev olub və bu, 2006-cı ildə baş verib.

 

Xatırladaq ki, Annet Benninq “Valmon”, “Amerikasayağı gözəllik”, “Teatr” kimi  filmlərdən tanınır. Aktrisa ikiqat “Qızıl qlobus” mükafatı laureatıdır.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017