Ümumdünya irs siyahınsa daha iki obyekt daxil edilib

Bu gün YUNESKO-nun Ümumdünya irs komitəsinin Krakovda keçirilən 41-ci sessiyasında Yaponiya və İranda yerləşən iki yeni obyekt Ümumdünya irs siyahısına daxil edilib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə YUNESKO-nun “Twitter” sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib.

 

Yaponiyada müqəddəs Okinosima adası və adadakı kilsə və İranın Yəzd şəhərinin qədim hissəsi Ümumdünya irs siyahısına daxil edilib. Okinosima adasına yalnız kişilər səfər edə və Okitsa kilsəsini ziyarət edə bilərlər. Qədim yapon əfsanəsinə görə, bu adaya gələn qadınlar daşa çevriləcək.

 

Eradan əvvəl III minillikdə salınmış Yəzd şəhərində əsasən palçıqdan tikilmiş evlər var. Bu şəhərdə bir çox tarixi abidələr və yaşlı ağaclar bu günə qədər qorunub.

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017