Nüfuzlu beynəlxalq festival başa çatdı - NƏTİCƏLƏR

52-ci Karlovı Varı Beynəlxalq Film Festivalı başa çatıb.

 

Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə, iyunun 30-da başlayan festivalın əsas mükafatı - kristal qlobus çex rejissor Vatslav Kadrnikin “Kiçik səlibçi” filminə verilib.

 

Bosniya rejissoru Alen Drleviçin “Kişilər ağlamır” filmi jürinin xüsusi mükafatına layiq görülüb.

 

Ən yaxşı aktyor mükafatı rejissoru Boris Xlebnikovun “Aritmiya” filmindəki rus aktyor Aleksandr Yaçenkoya təqdim olunub. 

 

Yohanna və Kriştof Krauzun “Kiqalda quşlar oxuyur” filmindəki oyunlarına görə aktrisalar İovita Budnik və Elian Umuqure ən yaxşı aktrisa adına layiq görülüblər.

 

“Qərbin Şərqi” adlı proqramda rus rejissor Aleksandr Xantanın çəkdiyi “Vitka Çesnok əlillər evində necə Lex Ştıryanı daşıdı” filmi mükafat qazanıb.

 

Ən yaxşı rejissor işinə görə slovak rejissor Peter Bebyakın “Özəllik” filmi seçilib.

 

Sənədli film nominasiyasında ispan rejissor Qustav Salmeronanın “Uşaqlar, meymun və qala” filmi mükafat qazanıb.

 

Xüsusi mükafata isə “Küləkli çay” adlı amerikan filmi layiq görülüb.

 

Festivalın qonaqları sırasında Uma Turman və Keysi Aflek də iştirak ediblər. Onlara festival prezidentinin mükafatları təqdim edilib.

 

Xatırladaq ki, “Azərbaycanfilm” kinostudiyasının və “Buta Film” kino şirkətinin birgə istehsalı olan “Nar bağı” filmi də festivalda “Qərbin Şərqi” adlı proqramda təqdim olunub.

 

LENT

27 İyul 2017
26 İyul 2017
25 İyul 2017
24 İyul 2017