Həbsdəki şairlər üçün xeyriyyə tədbiri keçiriləcək

İyulun 15-də “Söz qonağı” ədəbi məclisi növbəti xeyriyyə tədbirini keçirəcək.

 

Bu barədə Kulis.aza məclisin təsisçisi şair İlham Qəhrəman məlumat verib. O, bildirib ki, ədəbi məclisin budəfəki tədbiri zindan həyatı yaşayan iki şair – Adil Şirin və Kamil Vəfadara həsr olunub.

 

Tədbir “Əhmədli” metrostansiyasının çıxışında yerləşən “Çinar” çay evində keçiriləcək.

 

Musiqi və qiraət nömrələrinin, kitab satışının nəzərdə tutulduğu tədbirə giriş 2 manatdır.

 

Tədbirdən əldə olunan vəsait həbsdə olan şairlər üçün xərclənəcəkdir.    

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017