Zəhra üçün anım gecəsi keçiriləcək

14 iyul, saat 17:00-da Muğam Mərkəzində “Zəhra” - müharibələrdə həlak olmuş uşaqların anım gecəsi keçiriləcək.

 

Kulis.azın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “Söz” ədəbi layihəsinin birgə təşkil etdiyi anım gecəsi Azərbaycan, rus və ingilis dilində keçiriləcək.

 

Anım gecəsində Nigar Camal, Sevda Ələkbərzadə, Tünzalə Ağayeva, Elnur Hüseynov, Fidan Hüseynova, Xəyal Rzazadə, Şəhriyar del Gerani, Mehman Rəsulov, Nigar Həsənzadə, Solmaz Suleymanlı, Leyli Salayeva çıxış edəcəklər.

 

Tədbirə hər kəs dəvətlidir. Giriş sərbəstdir.

 

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017